[Muğam]
Sənin gətirdiyin bir dəstə çiçək
Sənin gətirdiyin bir dəstə çiçək
Saralıb-solubdur, ata bilmirəm
Gecəli-gündüzlü bu həsrət ürək
Elə kövrəlir ki, yata bilmirəm
Doğrusu...
Doğrusu, yorubdur məni bu halım
Dərdlərin əlindən bəs harda qalım?
Elə bil qanadlı quşdur xəyalım
Əl edib mən onu tuta bilmirəm
Tuta bilmirəm
Deyirlər, yollarda vüsal görünür
Deyir...
Deyirlər, yollarda vüsal görünür
O, kimin eşqi ilə elə sürünür?
Mənimçün küləyə, şimşəyə dönür
Qaçıram ardınca, çata bilmirəm
Çata bilmirəm, ey
[Bənd 1]
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Gözəl, məndən üz döndərmə, amandır
Gözəl, məndən üz döndərmə, amandır
[Nəqərat]
Həsrətinlə hər zaman, həsrətinlə hər zaman
Gözüm qaldı bu yollarda, ay alagöz
Gözüm qaldı bu yollarda, ay alagöz
[Bənd 2]
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Gözəl, məndən üz döndərmə, amandır
Ay qız, məndən üz döndərmə, amandır
[Nəqərat]
Həsrətinlə hər zaman, həsrətinlə hər zaman
Gözüm qaldı bu yollarda, ay alagöz
Gözüm qaldı bu yollarda, ay alagöz
Alagöz, alagöz, alagöz
Gözüm qaldı bu yollarda, alagözlüm