Şövkət Ələkbərova
Küsüb Məndən
[Bənd 1]
Ay şöhrətim, şanım mənim
Halı pərişanım mənim
Ay şöhrətim, şanım mənim
Halı pərişanım mənim

Küsüb məndən, özgələrdən
Məni soruşanım mənim
Küsüb məndən, özgələrdən
Məni soruşanım mənim

[Nəqərat]
Sən dönsən də, mən dönmərəm
Günəş sönər, mən sönmərəm
Günəş sönər, mən sönmərəm

Sən dönsən də, mən dönmərəm
Günəş sönər, mən sönmərəm
Günəş sönər, mən sönmərəm

Əzabından deyinmərəm
Var böylə nişanım mənim
Əzabından deyişmərəm
Var böylə nişanım mənim

[Qəzəl]
Bir az da səbir eylə, ey yari-mehriban, gəlirəm
Bir az da səbir eylə, ey yari-mehriban, gəlirəm
Sənin yolunda fədadır bu cismi-can, gəlirəm
Vəfalı bülbülünəm, həsrəti-cəmalın ilə
Vəfa... Vəfalı bülbülünəm, həsrəti-cəmalın ilə
Çəmən çiçəkləritək bağrım oldu qan, gəlirəm

Mənə təsəlli verən... Mənə...
Mənə təsəlli verən bir sənin xəyalındır
Özgə bir dilbərə halım deyil bəyan, gəlirəm
Behişt ola qürbət, yenə cəhənnəmdir
Behişt ola qürbət, yenə cəhənnəmdir
Vətən məhəbbəti vermir mənə aman, gəlirəm

Mənim bu halımı, Vahid... Mənim...
Mənim bu halımı, Vahid, nigarə tez yetirin
Unutmasın məni ol yari-həmzəban, gəlirəm
Ah gəlirəm...

[Bənd 2]
Sən gizlədib gül üzünü
Gəl, qaraltma gündüzümü
Sən gizlədib gül üzünü
Gəl, qaraltma gündüzümü

Söz eyləyib hər sözümü
Küsüb-barışanım mənim
Söz eyləyib hər sözümü
Küsüb-barışanım mənim
[Nəqərat]
Sən dönsən də, mən dönmərəm
Günəş sönər, mən sönmərəm
Günəş sönər, mən sönmərəm

Sən dönsən də, mən dönmərəm
Günəş sönər, mən sönmərəm
Günəş sönər, mən sönmərəm

Əzabından deyinmərəm
Var böylə nişanım mənim
Əzabından deyinmərəm
Var böylə nişanım mənim