Şövkət Ələkbərova
Gəlmədin
[Muğam]
Ən ülvi, təmiz duyğudur insanda məhəbbət
Ən ülvi, təmiz duyğudur insanda məhəbbət
Ömrün yoluna nur səpir hər yanda məhəbbət
Dünya da məhəbbətlə dönür, fırlanır ancaq
Mehvər də məhəbbətdir, bu dövran da məhəbbət
Ad-san da, şərəf-şan da bir övladıdır eşqin
Ad-san da, şərəf-şan da bir övladıdır eşqin
Şövkət də məhəbbətdir, gülüm, şam da məhəbbət
Min yol de ki: “Sev, sevgidir insanı ucaldan”
Min yol de ki: “Sev, sevgidir insanı ucaldan”
Yox faidəsi, yoxsa əgər canda məhəbbət
Həm zövqüdür, həm cövrüdür ömrün, o, həyatın
İnsanı ucaldan da, qocaldan da məhəbbət
Mən bəxtiyar oldum, mən bəxtiyar oldum
O zamandan ki, sevildim
Min can yaşadır əzm ilə bir canda məhəbbət
Məhəbbət, ay
[Bənd 1]
Sevə-sevə gəzdim bu elləri
Qara telə düzdüm mən gülləri
Baxa-baxa yollara axtarıram səni mən
Baxa-baxa yollara axtarıram səni mən
[Nəqərat]
Şirin sözüm, gəlmədin
İki gözüm, gəlmədin
Şirin sözüm, gəlmədin
İki gözüm, gəlmədin
[Keçid]
Könül verib sevdiyim harada qaldı, gəlmədi?
Könül verib sevdiyim harada qaldı, gəlmədi?
[Nəqərat]
İlk bahar gəldi, durnalar gəldi
Bircə sən gəlib çıxmadın
Harada qalmısan?
İlk bahar gəldi, durnalar gəldi
Bircə sən gəlib çıxmadın
Harada qalmısan?
[Bənd 2]
Sənsiz könlüm evi, inan, odlanar
Sən gəlməsən, qəlbim bir an odlanar
Baxa-baxa yollara axtarıram səni mən
Baxa-baxa yollara axtarıram səni mən
[Nəqərat]
Şirin sözüm, gəlmədin
İki gözüm, gəlmədin
Şirin sözüm, gəlmədin
İki gözüm, gəlmədin
[Keçid]
Könül verib sevdiyim harada qaldı, gəlmədi?
Könül verib sevdiyim harada qaldı, gəlmədi?
[Nəqərat]
İlk bahar gəldi, durnalar gəldi
Bircə sən gəlib çıxmadın
Harada qalmısan?
İlk bahar gəldi, durnalar gəldi
Bircə sən gəlib çıxmadın
Harada qalmısan, of, a balam, ey?