Şövkət Ələkbərova
Oxu, Gözəl
[Bənd 1]
Ay işığı, bulaq başı, göy çəmən
Bir dünyamız, bir sən özün, bir də mən
Pərdə-pərdə gah ağlayan, gah gülən
Nəfəsinlə oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin
Oxu, gözəl, oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin
[Bənd 2]
Karvan-karvan göydə ulduzlar köçür
Öz bəxtinə hər kəs bir ülkər seçir
Karvan-karvan göydə ulduzlar köçür
Öz bəxtinə hər kəs bir ülkər seçir
Qocalırıq, ömür keçir, gün keçir
Qocalırıq, ömür keçir, gün keçir
Oxu, gözəl, oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin
Oxu, gözəl, oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin
[Keçid]
Can evimə sığışmayan arzular
Bir dünyada neçə dünya arzular?
Can evimə sığışmayan arzular
Bir dünyada neçə dünya arzular?
Məhəbbətin nə ilki, nə sonu var
[Nəqərat]
Oxu, gözəl, oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin
Oxu, gözəl, oxu, gözəl, qoy səsin
Ürəyimdə kaman kimi titrəsin
Ah... titrəsin, ah... titrəsin, ah... titrəsin