Şövkət Ələkbərova
Özbək Gözəli
[Bənd 1]
Yaşamaqdan doya bilmir insan
Çox şirin, çox da gözəldir bu cahan
Sönməyir sinədə zərdüştün odu
Eşqidən doğdu bu odlar yurdu
Hər fəsildə yeni bir sirr açaraq
Min gözəllik yaradır bu torpaq
Sənə can verdi o rəssamın əli
Sevirəm mən səni, özbək gözəli
[Bənd 2]
Sənətin bir əbədi nəğmədir
Hər sözün, hər kəlamın hikmətdir
O vüsal durmaz əsən fırtınalar
Sənə aşiqdir bizim odlu diyar
Sən Nəvai bağının bülbülüsən
Əbədi şən baharın bülbülüsən
Bizi valeh edən böyük əməlin
Sevirəm mən səni, özbək gözəli
[Bənd 3]
Gözlərin nur saçır hər qəlbə sənin
Nur saçır aləmə doğma vətənin
Huşu başdan uçurur hər gülüşün
İlk bahardan da şirindir gəlişin
Leylinin bayrağı altında yanan
Bir çıraqsan, yaranıbsan nurdan
Xilqətin hikmətin, sirri, əzəli
Sevirəm mən səni, özbək gözəli, gözəli