Şövkət Ələkbərova
Mehribanım
[Bənd 1]
Səni hər an gözləyərəm
İzləyərəm pəncərədən
Baxışların bulaq kimi
Axıb gedər küçələrdən
Deyirsən ki
Deyirsən ki: “Sorma məni bir kimsədən”

[Nəqarət]
Necə susum, necə danım?
Səni sevdim, səni andım
El içində, Mehribanım

[Bənd 2]
Adındamı, özündəmi
Sözündəmi mehribanlıq?
Heç bilmirəm necə oldu
Bu sevdaya qoşa yandıq
Sevirsənsə, eşqimizdən axı niyə utanırıq?

[Nəqarət]
Necə susum, necə danım?
Səni sevdim, səni andım
El içində, Mehribanım

[Bənd 3]
Mehribanım, Mehribanım
Mehribanım, Mehribanım
Qönçəm mənim, gülüm mənim
Ulduz dolu kəhkəşanım
İstəyirəm haray salıb, bu sevdanı elə yayım
[Nəqarət]
Necə susum, necə danım?
Səni sevdim, səni andım
El içində, Mehribanım

Necə susum, necə danım?
Səni sevdim, səni andım
Necə susum, necə danım?
Səni sevdim, səni andım
Mehribanım, Mehribanım
Mehribanım, Mehribanım…