Şövkət Ələkbərova
Gəldi Xoş Bahar
[Bənd 1]
Gəldi xoş bahar, çiçəklər oyandı
Açdı qızılgül, yolumda dayandı
Durdun yolumda, sən aldın fikrimi
O qızılgül kimi, o qızılgül kimi
Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
[Bənd 2]
Gəldi qaranquş qoşulub küləyə
Gəldi nəğməsi bülbülə köməyə
Yağdı nəğmələr yarpaqlar üstünə
İlk bahar üstünə, ilk bahar üstünə
Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
[Bənd 3]
Baxdın, baxışın laləni bəzədi
Güldün, gülüşün güllərə bənzədi
Gəldin, gəlişin gətirdi baharı
Bəzədi yolları, bəzədi yolları
Yandı üfüqlər, ürəyim alışdı
Sevimli gözündən güllər danışdı
Gəldi xoş bahar...