Şövkət Ələkbərova
Şən Azərbaycan
[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 2]

El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 3]

Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından
[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!