Şövkət Ələkbərova
Gecələr
[Bənd 1]
Gələr asta-asta Muğan düzünə
Bir narın tül çəkər Kürün üzünə
Gələr asta-asta Muğan düzünə
Bir narın tül çəkər Kürün üzünə

Çayın axarına, bulaq gözünə...
Çayın axarına, bulaq gözünə
Gümüşü bir sığal salar, dincələr
Körpə gülüşünə dalar, dincələr

Laylalı gecələr, gecələr
Aylı gecələr, gecələr

[Bənd 2]
Gizlənər Kəpəzin sıx meşəsində
Tərlanın, turacın qanad səsində
Gizlənər Kəpəzin sıx meşəsində
Tərlanın, turacın qanad səsində

Dünyanın ən gözəl bir guşəsində...
Dünyanın ən gözəl bir guşəsində
Göygölün vədini alar, dincələr
Qoynu naz-nemətlə dolar, dincələr

Baharlı gecələr, gecələr
Nübarlı gecələr, gecələr
[Bənd 3]
Sevib-sevənlərin sirrini saxlar
Qoynunda min görüş yerini saxlar
Sevib-sevənlərin sirrini saxlar
Qoynunda min görüş yerini saxlar

Vaqifin, Vurğunun şeirini saxlar...
Vaqifin, Vurğunun şeirini saxlar
Hər eşqin sirdaşı olar, dincələr
Mehrini insana salar, dincələr

Uğurlu gecələr, gecələr
Nurlu gecələr, gecələr
Gecələr, gecələr, gecələr
Aylı gecələr, gecələr...
Gecələr...