Şövkət Ələkbərova
Qəmgin Mahnı (Ağlaya-Ağlaya)
[Bənd 1]
Mən çox gün görmədim
Bil ki, dünyada
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən

Mən çox gün görmədim
Bil ki, dünyada
Ah, nə dərdə düşdüm
Cavanlıqda mən

[Nəqərat]
Hər gülün rəngini
Salıram yada, mən yada
Ağlaya-ağlaya
Ağlaya-ağlaya
Qaranlıqda mən

Ağlaya-ağlaya
Ağlaya-ağlaya
Qaranlıqda mən

[Bənd 2]
Bax, gəlib ilk bahar
Qaynayır sular
Gör, nələr söyləyir
Quşların səsi?
Bax, gəlib ilk bahar
Qaynayır sular
Gör, nələr söyləyir
Quşların səsi?

[Nəqərat]
Ürəyimdə şirin
Ən xoş arzular, arzular
Dilimdən düşməyir
Dilimdən düşməyir
Sevgi nəğməsi

Dilimdən düşməyir
Dilimdən düşməyir
Sevgi nəğməsi