Şövkət Ələkbərova
Bakım Mənim
[Bənd 1]
Bakı soyunur yorğunluğunu
Səma olub bir nağıl
Bakı soyunur yorğunluğunu
Səma olub bir nağıl

Anam Xəzər oxşayır onu
Göydən yerə ulduz yağır
Anam Xəzər oxşayır onu
Göydən yerə ulduz yağır

[Nəqərat]
Laylay çalır qayalar sənə, Bakı
Laylay çalır dalğalar sənə, Bakı
Laylay, mənim mehriban Bakım, laylay
Laylay, laylay, paytaxtım, Bakım, laylay

[Bənd 2]
Bakı, Odlar yurdunun qəlbi
Qədim şəhər, gənc şəhər
Bakı, Odlar yurdunun qəlbi
Qədim şəhər, gənc şəhər

Adın-sanın Günəşdən qəlbi
Şad xəbərdir hər bir səhər
Adın-sanın Günəşdən qəlbi
Şad xəbərdir hər bir səhər
[Nəqərat]
Laylay çalır qayalar sənə, Bakı
Laylay çalır dalğalar sənə, Bakı
Laylay, mənim mehriban Bakım, laylay
Laylay, laylay, paytaxtım, Bakım, laylay

Laylay çalır qayalar sənə, Bakı
Laylay çalır dalğalar sənə, Bakı
Laylay, mənim mehriban Bakım, laylay
Laylay, laylay, paytaxtım, Bakım, laylay

Mehriban Bakım, laylay
Paytaxtım, Bakım, laylay