Nadir Qafarzadə
Ana
[Bənd 1]
İçim paramparça dərd zəmisidir
Bir ana köçünə çatmamışam mən
Yolların min yerdən beli sınaydı
Fəryadı fələyə çatan bacımın
Layla, laylasına qatmamışam mən

[Nəqərat]
Həsrətin tüstüsü boyumdan uca
Duymağa bir ana qəlbi gərəkdir
İlahi, nə yaman yağış başladı
Halıma dözmədi ruhu anamın
Üstümə göylərdən göz yaşı tökdü
Bir ana köçünə çatmamışam mən
Bir ana köçünə çatmamışam mən

Həsrətin tüstüsü boynundan uca
Duymağa bir ana qəlbi gərəkdir
İlahi, nə yaman yağış başladı
Halıma dözmədi ruhu anamın
Ay aman, üstümə göylərdən göz yaşı tökdü
Bir ana köçünə çatmamışam mən
Bir ana köçünə çatmamışam mən

[Çıxış]
İçim paramparça dərd zəmisidir
Bir ana köçünə, bir ana köçünə
Çatmamışam mən, çatmamışam mən, çatmamışam