[Bənd 1]
Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar
Dağa qısılıb yatar
Mışıl-mışıl dərələr
[Nəqərat]
Dərələr, dərələr, ay dərələr
Yaşıl-yaşıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
[Bənd 2]
Sizlərə heyranam mən
Nə yaxşı ki, varsınız
Zirvələrə ucalan
Geniş qanadlarsınız
[Nəqərat]
Dərələr, dərələr, ay dərələr
Yaşıl-yaşıl, ay, dərələr
Dərələr, dərələr, ay dərələr
Yaşıl-yaşıl dərələr
[Bənd 3]
Quş kimi üstünüzdən
Qanad çalım, dərələr
Şamlıqda bir axşamlıq, ay balam
Qonaq qalım, dərələr
[Nəqərat]
Dərələr, dərələr, dərələr
Qonaq qalım, dərələr
Dərələr, dərələr, ay dərələr
Qonaq qalım, ey dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Dərələr, dərələr, dərələr
Yaşıl-yaşıl dərələr
Yaşıl-yaşıl dərələr
Yaşıl-yaşıl dərələr