Nadir Qafarzadə
Daha Məndə Dözüm Yox
[Bənd 1]
Nəğmə dolu bir dünyaya
Göz açmışdı o gözlər
Bir ömürlük məhəbbətdən
Söz açmışdı o gözlər
Niyə birdən yoxa çıxdı
O bəxtəvər gülüşlər?
Niyə məni belə yıxdı
Niyə məni belə yıxdı
O bəxtəvər gülüşlər?
[Nəqərat]
Gəl, gəl, gülüm, gəl, görüşək
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar
Bir dağ olar
Gəl, gəl, gülüm, gəl, görüşək
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşlarım bulaq olar
Göz yaşlarım
[Bənd 2]
Kövrək göyçək arzularla
Gəl ömrümə, günümə
Sənsiz ürək haray çəkir
Yet səsimə, ünümə
Bu eşq məni öldürsə də
Yalvarmağa üzüm yox
İnsafsızlıq yetər, gülüm
İnsafsızlıq yetər, gülüm
Daha məndə dözüm yox
[Nəqərat]
Gəl, gəl, gülüm, gəl, görüşək
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar
Bir dağ olar
Gəl, gəl, gülüm, gəl, görüşək
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşlarım bulaq olar
Göz yaşlarım
Gəl, gəl, gülüm, gəl, görüşək
Hicranına dözməz ürək
Həsrət mənə bir dağ olar
Bir dağ olar
Gəl, gəl, gülüm, gəl, görüşək
Ağlamasın salxım söyüd
Ağlamasın salxım söyüd
Göz yaşlarım bulaq olar
Göz yaşlarım
[Çıxış]
Gəl, gəl, gülüm, gəl, görüşək
Ağlamasın salxım söyüd
Gəl, görüşək...