Nadir Qafarzadə
Canın Yansın
[Nəqərat]
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Belə mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, əğyar inansın
[Bənd 1]
Sən məni atdın kədərin qoynuna
Sən məni saldın həyatın oyununa
Bütün günahlar hamısı səndədir
Almalısan hər birisin boynuna
Bütün günahlar hamısı səndədir
Almalısan hər birisin boynuna
[Nəqərat]
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Belə mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
[Bənd 2]
Bəs ölənədək sevəcəkdin məni?
İndi bir özgəsin sevirsən yəni?
Məni necə yarı yolda qoymusansa
İndi sən sevən adam atsın səni
Məni necə yarı yolda qoymusansa
İndi sən sevən adam atsın səni
[Nəqərat]
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Bala, mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, əğyar inansın
[Bənd 3]
Sən aşiqin ürəyini üzdürmüsən
‘’Sevmirəm’’ -, deyib onu bezdirmisən
Halbuki mən sənə ürəyimi vermişəm
Məni görəndə gözlərini süzdürürsən
Halbuki mən sənə ürəyimi vermişəm
Məni görəndə gözlərini süzdürürsən
[Nəqərat]
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Belə mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın
Belə mənim canım yandı, sənin də yansın
Daha sənə inanmıram, özgə inansın