Nadir Qafarzadə
Həyat, Söylə, Sən Kiminsən?
[Bənd 1]
Axan çaylar, sən kiminsən?
Mənə körpü salanın
Doğan Günəş, sən kiminsən?
Məndən işıq alanın
Sonsuz fəza, sən kiminsən?
Məndə qanad çalanın

[Nəqərat]
Həyat, söylə, sən kiminsən?
Həyat, söylə, sən kiminsən?
Mən həyatı öyrənənin

Həyat, söylə, sən kiminsən?
Həyat, söylə, sən kiminsən?
Mən həyatı öyrənənin

[Bənd 2]
Azad, Sevil, sən kiminsən?
Məni ilki görənin
Yaşar, Almaz, sən kiminsən?
Xoşbəxt ömür sürənin
Aygül, Sabah, sən kiminsən?
Mənə həyat verənin

[Nəqərat]
Biz hamımız övladıyıq
Biz hamımız övladıyıq
İşıqlı bir səhərin
Biz hamımız övladıyıq
Biz hamımız övladıyıq
İşıqlı bir səhərin

[Bənd 3]
Axan çaylar, sən kiminsən?
Mənə körpü salanın
Doğan Günəş, sən kiminsən?
Məndən işıq alanın
Sonsuz fəza, sən kiminsən?
Məndə qanad çalanın

[Nəqərat]
Həyat, söylə, sən kiminsən?
Həyat, söylə, sən kiminsən?
Mən həyatı öyrənənin

Həyat, söylə, sən kiminsən?
Həyat, söylə, sən kiminsən?
Mən həyatı öyrənənin