Nadir Qafarzadə
Qurban Belə Gəlinə
[Bənd 1]
Görürsənmi oğrun baxan gözəli
Tərlan kimi nеcə cilvələnibdi?
Bir qıya baxanda, alar canımı
Gözləri qüdrətdən sürmələnibdi
[Nəqərat]
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
[Bənd 2]
Xoş gəlibdi xoş saatda cahana
Yoxdu gözəlliyə qüsur, bəhana
Qənd əzilib dilə, dişə, dəhana
Qaymaq dodaqları bal bələnibdi
[Nəqərat]
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
[Bənd 3]
Ələsgər qurbandı bеlə gəlinə
Sona kimi cumub еşqin gölünə
Gümüş kəmər xub yaraşır bеlinə
Yaxası qızıldan düymələnibdi
[Nəqərat]
Qurban belə gəlinə
Can qurban belə gəlinə
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Heyran belə gəlinə
Can qurban belə gəlinə!