[Bənd 1]
Küsdün getdin səbəbsiz
Heç nə söyləmədən
Mən də qaldım çarəsiz
Məni dinləmədin
Arxanca düşdüm səssiz
Nədən dönmədin?
Səndən sonra nə çəkdim
Sənsə bilmədin
Sənsə bilmədin
Ah, sənsə bilmədin!
[Nəqərat]
Yandım, yandım, susadım
Yar, mən damla-damla
Göz yaşımı ağlayıb içdim, bunu anla
Baxdım, baxdım yollara
Sənsiz coşdum, çağladım
“Unut” dedi ürəyim
“Unut onu” pıçıldadım
[Bənd 2]
Söylə, söylə sevgimi
Susma, ey külək
Bilsin onu sevirəm
O nazlı mələk
Onsuz yaşamaq mənə
Zülmdür, zülm
Dönsün, qayıtsın yenə
Qoy ömrüm, günüm
Qoy ömrüm, günüm
Ah, qoy ömrüm, günüm
[Nəqərat]
Yandım, yandım, susadım
Yar, mən damla-damla
Göz yaşımı ağlayıb içdim, bunu anla
Baxdım, baxdım yollara
Sənsiz coşdum, çağladım
“Unut” dedi ürəyim
“Unut onu” pıçıldadım
Yandım, yandım, susadım
Yar, mən damla-damla
Göz yaşımı ağlayıb içdim, bunu anla...