[Bənd 1: Nadir Qafarzadə]
Mən sənə, sən mənə qəlbdən vurulduq
İllərlə səninlə, gülüm, bir olduq
Bəlkə bu sevdadan bezdik, yorulduq
İndi bu könüllər düşübdür uzaq
Deyirəm, bəlkə, bəlkə ayrılaq
[Flora Kərimova]
Mən sənə, sən mənə qəlbdən vurulduq
İllərlə səninlə, gülüm, bir olduq
Bəlkə bu sevdadan bezdik, yorulduq
İndi bu könüllər düşübdür uzaq
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq, ayrılaq
Deyirəm ki, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
[Nəqərat: Flora Kərimova]
Sən idin dünyada könül həmdəmim
Coşdu, dalğalandı kədərim, qəmim
Alt-üst oldu necə sevda aləmim?
İndi yellər əsib, sönübdür çiraq
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq, ayrılaq
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
Eh, istəmirəm...
[Bənd 2: Nadir Qafarzadə]
Bəlkə aramıza girənlər olur
Bizə bu eşqi çox görənlər olur
Sevda tifaqında viranlar olur
İndi sinəmizə çəkilibdir dağ
Deyirəm, bəlkə, bəlkə ayrılaq
[Flora Kərimova]
Bəlkə aramıza girənlər olur
Bizə bu eşqi çox görənlər olur
Sevda tifaqında viranlar olur
İndi sinəmizə çəkilibdir dağ
Deyirəm, bəlkə ayrılaq
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq, ayrılaq
Deyirəm ki, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
[Nəqərat: Flora Kərimova]
Sən idin dünyada könül həmdəmim
Coşdu, dalğalandı kədərim, qəmim
Alt-üst oldu necə sevda aləmim?
İndi yellər əsib, sönübdür çiraq
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
Deyirəm, bəlkə, bəlkə ayrılaq
Ayrılaq, ayrılaq
Deyirəm ki, bəlkə, bəlkə ayrılaq
Ayrılaq...
Nə deyirəm, ayrılaq da