[Bənd 1]
Gözlərim hey yol çəkir, bir albom var qarşımda
Ürəyimdə intizar, xatirələr yaddaşımda
Ağlamaq istəyirəm mən, quruyub göz yaşım da
Çatarmı sizlərə səsim, ey mənim əzizlərim?
[Nəqərat]
Baxıram mən rəsmlərə, bir albom var qarşımda
Nəyi, kimi mən itirdim belə cavan yaşımda?
Nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
Bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
Ruhuma qonaqsınız
[Bənd 2]
Dünənki canlı insan bir gün dönür fotoya
Bir solğun şəkil qalır əvəz anaya, ataya
Bilirəm ki, varsınız, baxıram göyə, yerə
İnsan ölmür bu dünyada, dönür xoş xatirələrə
[Nəqərat]
Baxıram mən rəsmlərə, bir albom var qarşımda
Nəyi, kimi mən itirdim belə cavan yaşımda?
Nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
Bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
Ruhuma qonaqsınız
Baxıram mən rəsmlərə, bir albom var qarşımda
Nəyi, kimi mən itirdim belə cavan yaşımda?
Nə qədər siz yaxın idiz, o qədər uzaqsınız
Bu axşam siz xəyalıma, ruhuma qonaqsınız
Ruhuma qonaqsınız
Ruhuma qonaqsınız...