Nadir Qafarzadə
Son Zəng (Məktəb Valsı)
[Bənd 1]
Həftənin beş günü, düz on bir il
Aldıq bu ocaqda orta təhsil
İlk məktəb, ilk sınaq, imtahanlar
Yaşadıq burada xoşbəxt anlar
İllər də quş kimi qanad çaldı
O vaxtdan bu günə körpü saldı
Qayğısız uşaqlıq dövrü keçdi
Dostlarım hərəsi bir yol seçdi
[Nəqərat]
Məhəbbət dünyada gül-çiçək, ah, bir çələng
Bəzənib hər tərəf nə gözəl, nə qəşəng
Ürəkdə arzular, hərəsi min bir rəng
Oxuyur bir vida nəğməsi bu son zəng
[Bənd 2]
Hər fəslin, hər ömrün öz donu var
Vaxt gəlir, yol bitir, bir sonu var
Keçmişdən nur işıq qonaq gələr
Canlanar o şirin xatirələr
İlk sevgi, ilk görüş düşər yada
Yenə də qəlbimi salar oda
Məktəbin yolları doğma, əziz
İndi də darıxır yəqin bizsiz
[Nəqərat]
Məhəbbət dünyada gül-çiçək, ah, bir çələng
Bəzənib hər tərəf nə gözəl, nə qəşəng
Ürəkdə arzular, hərəsi min bir rəng
Oxuyur bir vida nəğməsi bu son zəng
Məhəbbət dünyada gül-çiçək, bir çələng
Bəzənib hər tərəf nə gözəl, nə qəşəng
Ürəkdə arzular, hərəsi min bir rəng
Oxuyur bir vida nəğməsi bu son zəng