Nadir Qafarzadə
Sən Olmuşam
[Bənd 1]
Sən coşqun dənizsən, yoxsa bir ada?
Sən şirin nəğməsən, yoxsa bir səda?
Odur ki, sirlərlə dolu dünyada
Tək sənin sirrini bilən olmuşam
Sənin gülüşünə dönən olmuşam
Sevinən, gülən mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam...
Sevinən, gülən mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam, ay yarım, mən olmuşam
[Bənd 2]
Qönçələr günəşə açılır deyə
Günəş də bənzəyir nur piyaləyə
Dağda şəlaləyə, düzdə laləyə
Sənin baxışına baxan olmuşam
Səmada ay kimi axan olmuşam
Ay kimi axan mən olmuşam
Yoluna baxan mən olmuşam
Mən olmuşam…
Ay kimi axan mən olmuşam
Yoluna baxan mən olmuşam
Mən olmuşam, ay gülüm, mən olmuşam
[Bənd 3]
Sən gedən yolların yolçusuyam mən
Sən gəzən bağların ovçusuyam mən
Sən baxan göylərin ulduzuyam mən
Səninçün alışan, yanan olmuşam
Alışan olmuşam, yanan olmuşam
Oduna yanan mən olmuşam
Özüm deyiləm, sən olmuşam
Sən olmuşam…
Səmada axan mən olmuşam
Sirrini bilən mən olmuşam
Mən olmuşam, mən olmuşam…
Alışan, yanan mən olmuşam
Özüm deyiləm mən, sən olmuşam
Sən olmuşam...
Alışan, yanan mən olmuşam, ey
Özüm deyiləm, sən olmuşam
Sən olmuşam, sən olmuşam…