[Bənd 1]
Nə olsun, “Mən səni sevirəm” - dedim
Nə olsun, səninlə bəxtəvər idim
Nə olsun, göz-qaşın xoşuma gəlir
Süzülən gözyaşın xoşuma gəlir
İndi icazə ver, qoy çıxım, gedim
İndi icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
İndi icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
İndi icazə ver, qoy çıxım, gedim
[Nəqərat]
Nə olsun, bir kəlmə xoş söz söylədim
Nə olsun, səninlə mən xoşbəxt idim
Nə olsun, “Əbədi səninəm” - dedim
Daha icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
İndi icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
[Bənd 2]
Yaxşı ki, təbiət üç ay yaz olur
Hər payız çiçəklər saralır-solur
Yaxşı ki, sevginin ömrü az olur
Yoxsa bu sevgidən dəli olaram
Biraz ağır olur hər şeyin ilki
Sevgi xoşbəxtlikdir, zülm deyil ki
Bu ki ayrılıqdır, ölüm deyil ki
İndi icazə ver, qoy çıxım, gedim
Bu ki ayrılıqdır, ölüm deyil ki
İndi icazə ver, qoy çıxım, gedim
[Nəqərat]
Nə olsun, bir kəlmə xoş söz söylədim
Nə olsun, səninlə mən xoşbəxt idim
Nə olsun, “Əbədi səninəm” - dedim
Daha icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
İndi icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
Nə olsun, bir kəlmə xoş söz söylədim
Nə olsun, səninlə mən xoşbəxt idim
Nə olsun, “Əbədi səninəm” - dedim
Daha icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram
İndi icazə ver, qoy çıxım, gedim
Biraz da saxlasan, dəli olaram