Zərbələrlə yoxsa zər qələmlə
Yarandıq heçnədən zərrələrlə
Bu aləmdə şah dərinlərdə
Sən üzə çıxart hissini əməllərdə
Tanrının özü mənəm dinlə məni gözəlim
Sıxa sıxa hara gedir boğur məni öz əlim
Şərabını iç, mən sənə yenə süzərəm
Sənə sevgi verim, sən mənim əcəlim
Külək ilə damlaların rəqsi kimisən
Hərşeyinlə mənə təsir edirsən
Qulağ as, sil ürəyindən kini sən
Niyə sevəsən əgər, sənə ziyan edirsə
Keçmişə dönsək çox şeyi silərik
Saf sevgimizlə bizi peşman edəni
Qaydaları silərik, qanunları silərik
Azad olub göyə qalxıb göydən yerə enərik
Qızılların arasında səni seçən zərgər
Günəş kimi parıldadın səmamda təksən
Səni görən andan bu adam sərsəm
Sən anlamadığım yeganə dərssən
Gözlərimi yumuram, önümdə şəklin
Buludlardan enib yerə yanıma gəldin
Xəzan kimi ayağına töküldü qəlbim
Getmə yanımdan tək budur şərtim
Göyquraşığında səninlə əl-ələ
Bir ömür gəzərəm, bir ömür ölərəm
Bir nəfər oyadar yuxudan duraram
Xəyallarımdan reallığa dönər