[1-ci hissə]
Hər şeydən qaçaraq
Nə dünən var, nə sabah
Yoxdur ki artıq mane
Mənim üçün heç nəyə qadağa
Gəzirəm bu boş şəhəri
Unudum qoy bir dəfəlik
Ürəyim də saxlamaz ki
Artıq içində bir nəfəri
Sadəcə sənsən
Amma deyil sevgi də daha vecimə
Əgər gəlsən
Zaman yenidən bizi heç edər
[Nəqarət]
Mən deyiləm, deyiləm
İnan ki həmin adam deyiləm, deyirəm
Dəyişib hər şey daha, deyiləm, eynən
Silmişəm hər şeyi mən
Silmişəm hər şeyi, eynən, deyil
Daha deyirəm
[2-ci hissə]
Qururam yenidən, ey, həyatı bu səfər səninlə deyil
Qarışma həyatıma bu səfər, o sənin əlində deyil
Mənimlə, ey, gecələr günəşin açıldı say
Dəyişmişəm yolum uzun daha, saçım qısa
Verirəm daha mən özümün özümə yaraşan qərarımı
Haqlıyam, bəlkə də deyiləm doğrunu bilim və ya yanılım
Bu, mənim həyatım, bu, mənim yolum, bil və bu, mənəm, ey
Unutdum illəri, dünəni, bu günü, geridə qalanlar yadımda deyil
Səninlə olanlar yadımda deyil
Geridə qalanlar yadımda deyil
Yadındadır, ya da yadında deyil
Bu Miro, bil, o Miro deyil
[Nəqarət]
Mən deyiləm, deyiləm
İnan ki həmin adam deyiləm, deyirəm
Dəyişib hər şey daha, deyiləm, eynən
Silmişəm hər şeyi mən
Silmişəm hər şeyi, eynən, deyil
Daha deyirəm