Miro [AZ]
Miro x Etimat - Məni Anla
MİRO :

Gözlərimi, gözlərində gözlədim ve dolmadı
Nə sənlə bir gün olmadı
Nə sənsiz ömrüm olmadı
Nə təkcə...
Bir özüm və bir gödəkcə
Götürmədim ki, heçnəyi, bəhanə olsun qayıtmaq
Düşünmədim ki , düşünsün o getdi birdə qayıtmaz
Məncə...
Ürəyimə dəydi xəncər
Gözlərimlə gördüyüm bu kadra mən özüm inanmadım
Ne sanki orda olmadım və sanki heçnə görmədim
Nə bu gecə geriyə dönmədim
Yandım, orda sönmədim
Və susdum, ancaq dinmədim
Elə bir öldürülmədim, mən orda...
Davam edə bilmədim yoluma
Anladım, axmağam sonda...
İnanmaq olmaz...

NƏQARƏT :

Məni anla
Davam etmir, sevgi yalanla
Düzəlmir heçnə zamanla
Səninlə heç olan o anlar...
Yanda, xəyanət edən o adamla
Necə yaşayım bu yalanla ?
Düzəlmir heçnə zamanla
Anla, davam etmir bu yalanla...
Düzəlmir heçnə zamanla...
Səninlə heç olan o anlar... (2X)
Anla, xəyanət edən o adamla
Necə yaşayım bu yalanla ?
Düzəlmir heçnə zamanla
ETİMAT :

Mənim əllərimdə sevginin buz olmuş istisi
Yox edib
Sonda biz-bizi itirib, qəlbdə hər izi
Yıxıb bir anda...
Gözlərimdə qurudu qaldı damla...
İtib qaranlıqda sanki gözlərində qalmışam
İcazə verməsəndə yanlışa, səninlə birgə yanmışam
Nə halda, ürəyimi qoymuşam mən də harda ?
Nə bilərdim ki xəyanətlə birgə rədd edib məni
Və sevgi rədd edib, gəlib
O deyir həddi bilmədi
Ürəyi yandı, dinmədim
Və necə oldu, bilmədim
Yığdı telefonu açdım
Susub, səsini dinlədim
Mən orda...
Davam edə bilmədim yoluma
Anladım, axmağam sonda...
İnanmaq olmaz...