Miro [AZ]
Qaç
[Bənd 1]
Bu gecə boş xəyalların gedirəm ardından
Nə bir adres, nə də bir nömrə yadımda
Düşünüb keçmişi hər bir addımda
Ürəyim daş, amma di gəl ki, ağrılarım var

Səbrini yoxlayan hər kəsi rədd elə, getməli hər biri çoxdan
Gözündə böyütmə çox da, bir gün gələr sevər biri çox lap
Biri çıxar gələr bir anda qarşına, bax zamanla yoxdan
Boş ver hər şeyi, qorxma, at addım hər yola, risk elə, yoxla

[Nəqarət]
Qaç ruhunu pərt edən alçaq adamlardan
Deyilən fərqli yalanlardan
Çox var hər zaman onlardan
Qaç, qaç, qaç

Dəyəcək zərbələr hər zaman arxandan
Düşsən qeyb olur ortaqlar
Qalxsan hər biri yaltaqlar
Qaç, qaç, qaç

Qaç ruhunu pərt edən alçaq adamlardan
Deyilən fərqli yalanlardan
Çox var hər zaman onlardan
Qaç, qaç, qaç
Dəyəcək zərbələr hər zaman arxandan
Düşsən qeyb olur ortaqlar
Qalxsan hər biri yaltaqlar

[Bənd 2]
Bağlama gözlərini, hər şey bax gözünün önündə
Gör qorxusu varmı mənim bu gözümün ölümdən?
Sözümün önəmi yox, geriyə gedirik, irəli yox
Qaranlıq küçədə dirəndi yol, bir yol yox, bir yolu

Səbrini yoxlayan hər kəsi rədd elə, getməli hər biri çoxdan
Gözündə böyütmə çox da, bir gün gələr sevər biri çox lap
Biri çıxar gələr bir anda qarşına, bax zamanla yoxdan
Boş ver hər şeyi, qorxma, at addım hər yola, risk elə, yoxla

[Nəqarət]
Qaç ruhunu pərt edən alçaq adamlardan
Deyilən fərqli yalanlardan
Çox var hər zaman onlardan
Qaç, qaç, qaç

Dəyəcək zərbələr hər zaman arxandan
Düşsən qeyb olur ortaqlar
Qalxsan hər biri yaltaqlar
Qaç, qaç, qaç
Qaç ruhunu pərt edən alçaq adamlardan
Deyilən fərqli yalanlardan
Çox var hər zaman onlardan
Qaç, qaç, qaç

Dəyəcək zərbələr hər zaman arxandan
Düşsən qeyb olur ortaqlar
Qalxsan hər biri yaltaqlar
Qaç, qaç, qaç