Miro [AZ]
Nə Üçün Belə
[Bənd 1: Ayaz Babayev]
Əlimi tut və sonra gözümə bax
Qurmuram özümlə bağ
Sən mənim hər şeyim bil ki
Ayrılıq ürəyə dözülməz, ah
Keçir illər
Mən sənin eşqinlə keçinirəm
Nəfəsimi çəkirəm içimə
Bağlıyam axı mən nə üçün belə?

Əlimi tut və sonra gözümə bax
Qurmuram özümlə bağ
Sən mənim hər şeyim bil ki
Ayrılıq ürəyə dözülməz, ah
Keçir illər
Mən sənin eşqinlə keçinirəm
Nəfəsimi çəkirəm içimə
Bağlıyam axı mən nə üçün belə?

[Nəqərat: Ayaz Babayev]
Nə üçün belə?
Yaradıb gözəllik yaradan, bilmirəm
Nə üçün belə?
Nə cümlələr
Tökülür dilimdən görəndə onu mən
Nə üçün belə?
Oluram mən, doluram mən
Sevirəm axı mən nə üçün belə?
Batıram gözlərində, yar
Həyatın izlərində, yar
Nə üçün belə?
Yaradıb gözəllik yaradan, bilmirəm
Nə üçün belə?
Nə cümlələr
Tökülür dilimdən görəndə onu mən
Nə üçün belə?
Oluram mən, doluram mən
Sevirəm axı mən nə üçün belə?
Batıram gözlərində, yar
Həyatın izlərində, yar

[Bənd 2: Aslixan]
Sevirəm demədən nə üçün belə?
Qəlb ona görə səni seçim edər
Ruhumu vermişəm sənin üçün mən
Səni sevə bilməz, inan, heç kim belə

Bilmirəm, necə mən təsvir edim?
Səni təsvirə yetmir söz, nə cümlələr
Yaşayırıq ümidlə bu günümüzü, amma
Bilmirik sabahımız nə cür gələr, axı

Nə üçün belə mənə olub əyan?
Gecələr dalıram dolunaya
Bütün ömür səninlə gəzinərəm
Sol tərəfimdəsən son mənzilədək
Məni axtar, bax səmada ulduzlara
Sənsiz oyunları uduzaram
Sən mənim var-dövlətimsən bil
Ruhum sənsiz kasıb, pulsuz qalar

Nə üçün belə? Nə üçün belə?
Sevirəm səni mən nə üçün belə?
Denən, nə üçün belə? Nə üçün belə, axı?
Sevirəm səni mən nə üçün bеlə?

[Nəqərat: Ayaz Babayev]
Nə üçün belə?
Yaradıb gözəllik yaradan, bilmirəm
Nə üçün belə?
Nə cümlələr
Tökülür dilimdən görəndə onu mən
Nə üçün belə?
Oluram mən, doluram mən
Sеvirəm axı mən nə üçün belə?
Batıram gözlərində, yar
Həyatın izlərində, yar