Miro [AZ]
Geri Ver
[Bənd 1]
Bu sənsiz günlərimə
Mən sənlə olan bütün hissləri toplamışam
Nə göz dağı ola bilər axı, mənə de?
Çəkinməmişəm, nə də qorxmamışam

[Keçid]
İtirməkdən, yalanlardan
Sənə görədir qorxum olanlardan
Sənə görə itən, de, zaman harada?
Ürək dardadır, bax uzaqlarda

Bu boşluq ürəyimi darmadağın
Qanadı qırıq qəlbimə çəkdi dağı
De, kim bilə, bəlkə də var günahım?
Səninlə gəlib bu dərdim, ahım

[Nəqərat]
Geri ver, bütün ömrümü aldın
Geri ver, alt-üstdür həyatım
Geri ver, nə dedinsə, inandım
Yox artıq yıxılana yardım

Geri ver, bütün ömrümü aldın
Geri ver, alt-üstdür həyatım
Geri ver, nə dedinsə, inandım
Yox artıq yıxılana yardım
[Bənd 2]
Məni tək qoy, buralardan get
Unudulmuş olanlar zənn et
Göz yaşları yanağımdan axıb
Tökülsün ovuclarıma, sən get

[Keçid]
Gözümdəki yaşın odur səbəbi
Denən, ömrüm, onun nədir tələbi?
Bu, sevgimizə qurulan tələdir
Məni sevgi yollarında darmadağın elədi

Cəhənnəmin dibindəyəm burada
Peşman olum, faydası nə sonradan?
Seçə bilməmişik ağı qaradan
Ruhum iki bədəndədir, qalıb iki arada

[Nəqərat]
Geri ver, bütün ömrümü aldın
Geri ver, alt-üstdür həyatım
Geri ver, nə dedinsə, inandım
Yox artıq yıxılana yardım

Geri ver, bütün ömrümü aldın
Geri ver, alt-üstdür həyatım
Geri ver, nə dedinsə, inandım
Yox artıq yıxılana yardım