[Bənd 1]
Yenə xəyallarım səni xatırladır mənə iki daşın arasında
Axı xatirələr ölümcül zəhər, eşq kəndir boğazımda
Bilmirəm varam, yoxam, haradayam sənin ömrünün arasında
Daha silahsızam sevgidə, inanmasalar üstümü arasınlar
[Nəqərat]
Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
Bircə dəniz var, bir-iki ovuc, o da lap uzaq-uzaqlardan görünür

[Bənd 2]
Bəlkə sevgini yenidən başladaq bir də, ya adını dəyişək?
Ya da doğma olaq bir-birimizə əbədi, ya yad olaq həmişə?
Gecələr gündüzlərə qarışıb, yuxusuzluqdan viran ürək
Ya qovuşaq artıq nə olar, ya darıxmağın saatın dəyişək
[Keçid]
Açılır pəncələr divara, bu şəhər hasarlarla hörülüb
Ürəyimə qandallar vurulub, bütün bədənim əzablarla bürünüb
Yalnızlığa bulaşıb üst-başım, baxıram hasarlardan sürünüb
Bircə dəniz var, bir-iki ovuc, uzaqlardan görünür