Xayyam Nisanov
Bakı-Moskva
[Bənd 1]
Gecə, hava limanı
Yarım uçur uzaqlara
Səma onu çağırır
Onu qısqanacam buludlara

Sözlər düyünlənib
Dönüb oldu bir “sms”
Məni unutma...
Məni unutma...

Gecə, hava limanı
Müvəqqəti ayrılıqlar
Yollar canımı sıxır
Yenə yağır bu yağışlar

Sözlər çox olsa da
İki kəlməyə sığışar
Məni unutma...
Məni unutma...

[Nəqərat]
Səni də, məni də
Gəzdiyimiz küçələri də
Saatın əqrəblərini də
Dəyişir Bakı-Moskva
Niyə həsrət, niyə bizə?
Heyif olur hər ikimizə
Gizli qalan sevgimizə
Yazılıb Bakı-Moskva

[Bənd 2]
Hər şey sənsiz dəyişir
Tanımıram özümü mən
Yağır dayanmadan
Günəş küsüb bu şəhərdən

Qayıt, yubanma, dön
Burada səni gözləyəcəm...
Məni unutma...
Məni unutma...

[Nəqərat]
Səni də, məni də
Gəzdiyimiz küçələri də
Saatın əqrəblərini də
Dəyişir Bakı-Moskva

Niyə həsrət, niyə bizə?
Heyif olur hər ikimizə
Gizli qalan sevgimizə
Yazılıb Bakı-Moskva
Səni də, məni də
Gəzdiyimiz küçələri də
Saatın əqrəblərini də
Dəyişir Bakı-Moskva

Niyə həsrət, niyə bizə?
Heyif olur hər ikimizə
Gizli qalan sevgimizə
Yazılıb Bakı-Moskva