[Bənd 1]
Əllərim milyon ilin əlləri
Mənim yaşıdım deyil
Özümə, üzümə bənzəmir
Özgənindir elə bil, özgənin
Əllərim milyon ilin əlləri
Mənim yaşıdım deyil
Özümə, üzümə bənzəmir
Özgənindir elə bil, özgənin
[Nəqərat]
Yuxumda əllərim çinar yarpaqlarına dönür
Barmaqlarım küləklərə qoşulur, qoşulur
Bir kimsəsizin qapısını döyür
“Tak-tak”, kim inanıb açacaq?
Gələn ümid olmayacaq deyə
Qapı açılmayacaq...
[Bənd 2]
Əllərim milyon ilin əlləri
Mənim yaşıdım deyil
Özümə, üzümə bənzəmir
Əllərim, əllərim havada
Tanrıya yalvarır
[Nəqərat]
Yuxumda əllərim çinar yarpaqlarına dönür
Barmaqlarım küləklərə qoşulur, qoşulur
Bir kimsəsizin qapısını döyür
“Tak-tak”, kim inanıb açacaq?
Gələn ümid olmayacaq deyə
Qapı açılmayacaq...
Yuxumda əllərim çinar yarpaqlarına dönür
Barmaqlarım küləklərə qoşulur, qoşulur
Bir kimsəsizin qapısını döyür
“Tak-tak”, kim inanıb açacaq?
Gələn ümid olmayacaq deyə
Qapı açılmayacaq...
[Çıxış]
Əllərim beləcə itən ümidlərimin
Heykəlinə dönəcək