Nəsimi Məmmədov
Səni Sevmək Üçün Gəldim Dünyaya
[Bənd 1]
Çöldə çiçək oldum, çəməndə naxış
Şimşəkdə od oldum, buludda yağış
Sirrli bir göz gördüm, nurlu bir baxış
Çevrildim çeşməyə, qarışdım çaya
Səni sevmək üçün gəldim dünyaya

Çöldə çiçək oldum, çəməndə naxış
Şimşəkdə od oldum, buludda yağış
Sirrli bir göz gördüm, nurlu bir baxış
Çevrildim çeşməyə, qarışdım çaya
Səni sevmək üçün gəldim dünyaya

[Keçid]
Mən min il əvvəl də gələ bilərdim
Min ildən sonra da ölə bilərdim
Zamanı başqa cür hesablayardım
Vaxtı başqa cürə bölə bilərdim

[Nəqərat]
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya

[Bənd 2]
Səsini eşitdim, səsdən səs aldım
Şaqraq gülüşündən güc, həvəs aldım
Sən nəfəsim oldun, mən nəfəs aldım
Muştuluq verdilər Günəşə, Aya
Sən sevmək üçün gəldim dünyaya
Neçə dinsizləri dinə gətirdim
Qorudum sünbülü, dənə gətirdim
Könlümdə nə varsa sənə gətirdm
Mənim yollarımı kəsə bilmədi

[Keçid]
Nə sərhəd, nə dəniz, nə daş, nə qaya
Səni sevmək üçün gəldim dünyaya
Nə sərhəd, nə dəniz, nə daş, nə qaya
Səni sevmək üçün gəldim dünyaya

[Nəqərat]
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya
Səni sevmək üçün gəldim dünyaya