İzzət Bağırov
Mən Axşamları Tək Dolaşıram
[Bənd 1]
İki könül, iki sevda ayrı qaldı
Əlimizdən arzuları zaman aldı
Yollar bizi bir-birindən ayrı saldı
Bir-birindən ayrı saldı
[Keçid]
Sənsiz axı nə dadı var bu şəhərin?
Həsrəti yox, xatirəsi küçələrin
Heç olmasa, varmı məndən bir xəbərin?
Varmı məndən bir xəbərin?
[Nəqərat]
Mən yenə axşamları tək dolaşıram
Mən yenə həsrətinlə alışıram
Xatirələr ürəyimdə için-için
Qalıb ağlar sənin için
Mən yenə axşamları tək dolaşıram
Mən yenə həsrətinlə alışıram
Xatirələr ürəyimdə için-için
Qalıb ağlar sənin için
[Bənd 2]
Xəyalına danışıram dərdlərimi
Çatmaz sənə, uzatsam da əllərimi
Yağar yaşlar gözlərimdən yağış kimi
Gözlərimdən yağış kimi
[Keçid]
Sənsiz axı nə dadı var bu şəhərin?
Həsrəti yox, xatirəsi küçələrin
Heç olmasa, varmı məndən bir xəbərin?
Varmı məndən bir xəbərin?
[Nəqərat]
Mən yenə axşamları tək dolaşıram
Mən yenə həsrətinlə alışıram
Xatirələr ürəyimdə için-için
Qalıb ağlar sənin için
Mən yenə axşamları tək dolaşıram
Mən yenə həsrətinlə alışıram
Xatirələr ürəyimdə için-için
Qalıb ağlar sənin için