İzzət Bağırov
Ana
[Bənd 1]
Məni bu həyata sən gətirmisən
Mən boy atdıqca sən fərəhlənmisən
Sevinci, qəmini mənlə bölmüsən
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana

[Nəqərat]
Məni gözləmisən hər gün, hər axşam
Bağışla, anacan, ürəyi daşam
Payızda saçına qar yağdırmışam
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana

[Keçid]
Dərd məni bölübdür, para-parayam
Ağ saçın yanında üzü qarayam
Əllərim titrəyir, qoymur darayam
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana, ana
Saçların nə vaxtsız ağarıb, ana, ana

[Bənd 3]
Hicran saçlarına ağ xına qoydu
Qəlbimi odlara yaxılı qoydu
Nə tez qocalığı yaxına qoydun
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana
[Nəqərat]
Məni gözləmisən hər gün, hər axşam
Bağışla, anacan, ürəyi daşam
Payızda saçına qar yağdırmışam
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana

[Keçid]
Dərd məni bölübdür, para-parayam
Ağ saçın yanında üzü qarayam
Əllərim titrəyir, qoymur darayam
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana
Saçların nə vaxtsız ağarıb, ana, ana
Saçların nə vaxtsız ağarıb, ana, ana