[Bənd 1]
Qısqanclıq yıxdı yuvamı
Bunu özüm də bilirəm
Mən sənə haqsız olmuşam
Deyib pərişan edirəm
Səni itirməkdən bərk qorxub
Mən birdəfəlik gedirəm
Canı səndən, qanı məndən
Olanım sənə əmanət
[Keçid]
Bəs sevgi solub bitərmi?
Həyatım sənsiz ötərmi?
Taleyim üzümə gülərmi?
Söylə...
[Nəqərat]
Səndən başqasını sevsəm
Olsun, ürəyim daş olsun
Səndən özgəsini görsəm
Olsun, gözlərim kor olsun
Səndən başqasını sevsəm
Olsun, ürəyim daş olsun
Səndən özgəsini görsəm
Olsun, gözlərim kor olsun
[Bənd 2]
Səni tənha, yalqız qoyub
Səhv etməkdən bərk qorxuram
Öz dünyamı burda qoyub
Özümə peşman oluram
Vaxtım çatıb o dünyaya
Əzrayıla mehman oluram
Canı səndən, qanı məndən
Olanım sənə əmanət
[Keçid]
Bəs sevgi solub bitərmi?
Həyatım sənsiz ötərmi?
Taleyim üzümə gülərmi?
Söylə...
[Nəqərat]
Səndən başqasını sevsəm
Olsun, ürəyim daş olsun
Səndən özgəsini görsəm
Olsun, gözlərim kor olsun
Səndən başqasını sevsəm
Olsun, ürəyim daş olsun
Səndən özgəsini görsəm
Olsun, gözlərim kor olsun