İzzət Bağırov
Ayrılıq
[Bənd 1]
Yavaş-yavaş gecə keçər
Gecə keçər, yar
Heç bilmirəm necə keçər
Necə keçər, yar

Səni durub düşündükcə
Düşündükcə, yar
Ah, hücum çəkər xatirələr
Xatirələr, yar

[Nəqərat]
Şirin çağlar, şirin anlar
Bir-bir gəlib düşər yada
Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada

Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada
Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada

[Bənd 2]
Ay çəkilir yuxu kimi
Yuxu kimi, yar
Bir ovçunun oxu kimi
Oxu kimi, yar
Hamı deyər, hamı gülər
Hamı gülər, yar
Ah, mən gülmərəm çoxu kimi
Çoxu kimi, yar

[Nəqərat]
Şirin çağlar, şirin anlar
Bir-bir gəlib düşər yada
Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada

Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada
Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada

Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada
Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada

Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada
Ürək deyər - ayrılığın
Üzü dönsün bu dünyada