Nəzakət Teymurova
Həqiqət
[Bənd 1]
Ömür bir əsərdir
Hər kəs oxuyur
Kimə sevinc, kimə kədər toxuyur

Sonu vardır iztirabın, sevincin
Qurtaracaq, qurtaracaq
Ömür başa çatanda
Qurtaracaq, qurtaracaq
Ömür başa çatanda

[Nəqərat]
Bu dünyada ağlamaq var
Gülmək var...
Bu həyatın qanunudur, qanunu
Olanları yaşamaq var, görmək var
Bu həyatın qanunudur, qanunu

[Bənd 2]
Ömür bir əsərdir
Hər kəs oxuyur
Kimə sevinc, kimə kədər toxuyur

Sonu vardır iztirabın, sevincin
Qurtaracaq, qurtaracaq
Ömür başa çatanda
Qurtaracaq, qurtaracaq
Ömür başa çatanda
[Nəqərat]
Bu dünyada ağlamaq var
Gülmək var...
Bu həyatın qanunudur, qanunu
Olanları yaşamaq var, görmək var
Bu həyatın qanunudur, qanunu

[Çıxış]
Qəlbimizin tükənməyən
Ruhumuzu tərk etməyən
Həyat dolu sevgisi var
Özümüzü, sözümüzü yaşadacaq
Ayları var, illəri var