Nəzakət Teymurova
Novruz
[Bənd 1]
Göyərtmişəm səməni
Gözləyirəm, il, səni
Tez gəl, sevindir məni
Novruz, gəl, ay Novruz, gəl
Tez gəl, sevindir məni
Novruz, gəl, ay Novruz, gəl

[Nəqərat]
Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl

[Bənd 2]
Burada dağlar baş-başa
Bağ-bağçalar tamaşa
Əlvida dedik qışa
Novruz, gəl, ay Novruz, gəl
Əlvida dedik qışa
Novruz, gəl, ay Novruz, gəl
[Nəqərat]
Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl

[Muğam]
Bahar nə xoş gəlir, ruha dad verir
Xəyala, duyğuya qol-qanad verir
Var olsun seirimiz, şairlərimiz
Hər gülə, çiçəyə təzə ad verir

[Nəqərat]
Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl
Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl

Xoş niyyətin dolaşsın
Küsülülər barışsın
Bərəkət aşıb-daşsın
Novruz, gəl, ay Novruz, gəl