Nəzakət Teymurova
Qal, Sənə Qurban
[Bənd 1]
Getmə, kimsəsizəm
Qal, sənə qurban
Ömürlük həmdəmim
Ol, sənə qurban

Getmə, kimsəsizəm
Qal, sənə qurban
Ömürlük həmdəmim
Ol, sənə qurban

Mənlə şirin danış
Mənlə şirin gül
Mənlə şirin danış
Mənlə şirin gül

Ələnsin ləbindən
Bal, sənə qurban
Bal, sənə qurban
Ələnsin ləbindən
Bal, sənə qurban
Bal, sənə qurban

[Bənd 2]
Getmə, uzaqlara
Qal, sənə qurban
Bu dilsiz, ağızsız
Lal sənə qurban
Mənlə şirin danış
Mənlə şirin gül
Mənlə şirin danış
Mənlə şirin gül

Ələnsin ləbindən
Bal, sənə qurban
Bal, sənə qurban
Ələnsin ləbindən
Bal, sənə qurban
Bal, sənə qurban

[Bənd 3]
Amandır
Düşməsin qəlbinə əğyar
Amandır
Düşməsin qəlbinə əğyar

Yanağında qara xal, sənə qurban
Xal, sənə qurban
Əgər üz çevirib getsən uzağa
Getsən uzağa
Qalmaz aşiqində hal, sənə qurban
Hal, sənə qurban

Əgər üz çevirib getsən uzağa
Getsən uzağa
Qalmaz aşiqində hal, sənə qurban
Hal, sənə qurban
Qalmaz aşiqində hal, sənə qurban
Hal, sənə qurban
Qalmaz aşiqində hal, sənə qurban
Hal, sənə qurban