Zaur Əmiraslanov
Bəxtəvər Oldum
[Bənd 1]
Getdikcə bu eşqin mərəzi pürxətər oldu
Getdikcə bu eşqin mərəzi pürxətər oldu
Dərman elədikcə ona, döndü betər oldu
Eşqin odu yandırdı mənim canımı, eyvah!
Bu vaqeədən cümlə-cahan bixəbər oldu
Eşqin odu yandırdı mənim canımı, eyvah!
Bu vaqeədən cümlə-cahan bixəbər oldu

Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən
Həsrətdə qalıb, vəslə ümid eyləmişəm mən
Zülmətdə qalıb, istəyim hər an qəmər oldu
Sənsiz, gözəlim, hicrə dözüb zəhr içərdim
Gəlcək yanıma zəhr dönüb bal, şəkər oldu
Sənsiz, gözəlim, hicrə dözüb zəhr içərdim
Gəlcək yanıma zəhr dönüb bal, şəkər oldu

Gördüm səni, hər dərdü ələm getdi, dağıldı
Bir halıma bax, sanki gecəydi, səhər oldu
Xaqani, sevin, indi yarın rəhmə gəlibdir
Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu
Xaqani, sevin, indi yarın rəhmə gəlibdir
Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu

Bundan sonra könlün, deyəsən, bəxtəvər oldu...