[Bənd 1]
Gecə sakit, çay axır
Lal sularda Ay axır
Ey könül, gəl cövlana
Eyvandan mehriban
Nazlı yar, nazlı yar baxır
[Nəqərat]
Mən necə dözüm?
Yaxın gəl, quzum
Gecələr, uzun gecələr
[Bənd 2]
Ulduz göydən sovuşur
Kirpiklərin qovuşur
Gəl, gülüm, sevən qəlbim
Gecələr, Gecələr
Tək səni, səni soruşur
[Nəqərat]
Mən necə dözüm?
Yaxın gəl, quzum
Gecələr, uzun gecələr
Gecələr, Gecələr
Tək səni, səni soruşur
Mən necə dözüm?
Yaxın gəl, quzum
Gecələr, uzun gecələr