[Bənd 1]
Dünyaya gələndən servinc gətirdin bizə
Gülüşün, yerişin nur saçdı ömrümüzə
İllər necə keçib getdi, bilmədik
Nə tez böyüdün göz önündə, qızım
Həyat qanunu dəyişməz illərdən bəri
Əbəs yerə atalar deməyib köçəri
Köç edirsən indi ata evindən
Əskik olmasın gülüş üzündən
Bal süzülsün hər bir sözündən
[Nəqərat]
Ay mənim evimin gülü, çiçəyi
Ömrümüzün bəzəyi qızım
Ata, anasının arzu, diləyi
Qızların göyçəyi qızım
Sən mənim şirin-şəkər balamsan
Özüm heyranam gözlərinə
Ən gözəl günləri yazsın Allahım
O gözəl bəxtinə, ay qızım
[Bənd 2]
Əynində ağappaq, gözəl gəlinlik donu
Əlində bir dəstə gözəl çiçək tutmusan
Bu gün həyatının ən gözəl günü
Özü gözəl, taleyi gözəl qızım
Xoşbəxt, firavan böyüsün balalarımız
Sizin üçündür bu xeyir-dualarımız
Bir gün çiçək açar bütün arzular
Bir gözəl qız bir gözəl ana olar
O da övladına oxuyar
[Nəqərat]
Ay mənim evimin gülü, çiçəyi
Ömrümüzün bəzəyi qızım
Ata, anasının arzu, diləyi
Qızların göyçəyi qızım
Sən mənim şirin-şəkər balamsan
Özüm heyranam gözlərinə
Ən gözəl günləri yazsın Allahım
O gözəl bəxtinə, ay qızım
Ay mənim evimin gülü, çiçəyi
Ömrümüzün bəzəyi qızım
Ata, anasının arzu, diləyi
Qızların göyçəyi qızım
Sən mənim şirin-şəkər balamsan
Özüm heyranam gözlərinə
Ən gözəl günləri yazsın Allahım
O gözəl bəxtinə, ay qızım
Ən gözəl günləri yazsın Allahım
O gözəl bəxtinə, ay qızım
Ən gözəl günləri yazsın Allahım
O gözəl bəxtinə, ay qızım