[Nəqərat]
Gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
Gəl, gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
[Bənd 1]
Ceyranım, gəl, gəl
Tərlanım, gəl, gəl
Yolunu gözlərəm
Heyranam, tez gəl
Başına mən sənin
Dolanım, tez gəl
Başına mən sənin
Dolanım, tez gəl
Gözəldir həyatın
Gözəldir dövranın
Gözəldir həyatın
Gözəldir dövranın
Bəxtəvər qızısan
Bu elin, obanın
[Nəqərat]
Gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
Gəl, gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
[Bənd 2]
Baxışın can alır
Gülüşün qəşəngdir
Qızaran yanağın
Elə bil çiçəkdir
Ürəyim sənindir
Könlümü gəl dindir
Ürəyim sənindir
Könlümü gəl dindir
Gözüntək göz olmaz
Sözüntək söz olmaz
Gözüntək göz olmaz
Sözüntək söz olmaz
Mehriban, qəşəng qız
Bu qədər naz olmaz
[Nəqərat]
Gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
Gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
[Keçid]
Adı ceyran, özü ceyran
Adı ceyran, özü ceyran
A gülüm, mən sənə heyran
Adı ceyran, özü ceyran
Adı ceyran, özü ceyran
A gülüm, mən sənə heyran
[Nəqərat]
Gəl, gəl, adı ceyran, özü cеyran
Gülüm, mən sənə heyran, sənə heyran
Gəl, adı ceyran, özü cеyran
Gülüm, mən sənə heyran, sənə heyran
Gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran
Gəl, gəl, adı ceyran, özü ceyran
Gülüm, mən sənə heyran, sənə heyran