[Bənd 1]
Zülmətdir sənsiz gecələr, zülmət
Qəlbimin odlayır intizar, həsrət
Sən məni elə bir dərdə salmısan
Daha yoxdur məndən əsər, əlamət
[Nəqərat]
Məndən ayrı necə qalacaqsan? De
Mənsiz necə xoşbəxt olacaqsan? De
Bir sevgi vermişdin, onu da aldın
Daha nəyimi məndən alacaqsan? De
Məndən ayrı necə qalacaqsan? De
Mənsiz necə xoşbəxt olacaqsan? De
Bir sevgi vermişdin, onu da aldın
İndi nəyimi məndən alacaqsan? De
[Bənd 2]
Heç nəyim qalmayıb, bir quru candır
Kül oldu gəncliyim, alışıb yandı
Ruhumu bədəndə öldürüb getdin
Demədin, bir dəfə o da insandır
[Nəqərat]
Məndən ayrı necə qalacaqsan? De
Mənsiz necə xoşbəxt olacaqsan? De
Bir sevgi vermişdin, onu da aldın
Daha nəyimi məndən alacaqsan? De
Məndən ayrı necə qalacaqsan? De
Mənsiz necə xoşbəxt olacaqsan? De
Bir sevgi vermişdin, onu da aldın
İndi nəyimi məndən alacaqsan? De
[Şeir]
Sən mənim həyatımı məhv etdin
İşıqlı dünyamı qaranlıq etdin
İndi nəyim qaldı ki mənim? Bir quru canımdır
Onu da al apar, al apar