[Bənd 1]
Quşlar bağça, bağa girməkdən qabaq
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boynun bükəndə
Dumana elçilər heç göndərərmi?
[Keçid]
Göy çəmənə yağış yağanda səhər
‘’Otlara, güllərə yağım’’ deyərmi?
Ay işığı al yanağa düşəndə
‘’Qara gözlərinə baxım’’ deyərmi?
[Nəqərat]
Deyərmi, deyərmi?
‘’Qara gözlərinə baxım’’ deyərmi?
Deyərmi, balam, deyərmi?
‘’Qara gözlərinə baxım’’ deyərmi?
[Bənd 2]
Qışı əridəndə hər yanda Günəş
‘’Gəlim, ya gəlməyim’’ soruşmaz bahar
Çiçək nəfəsiylə, körpə səsiylə
‘’Gülüm, ya gülməyim’’ soruşmaz bahar
[Keçid]
Göy çəmənə yağış yağanda səhər
‘’Otlara, güllərə yağım’’ deyərmi?
Ay işığı al yanağa düşəndə
‘’Qara gözlərinə baxım’’ deyərmi?
[Nəqərat]
Deyərmi, deyərmi?
‘’Qara gözlərinə baxım’’ deyərmi?
Deyərmi, balam, deyərmi?
‘’Qara gözlərinə baxım’’ deyərmi?