Yaqub Zurufçu
Sevgilim
[Bənd 1]
Yel toxundu yarpaqlara
Nəğmə qondu dodaqlara
Durub baxdım uzaqlara
Səni gördüm, ay sevgilim

Tam arzular gülüşündə
Muradlılar görüşəndə
Evinizə gün düşəndə
Səni gördüm, ay sevgilim

[Nəqərat]
Bir mehriban üz görəndə
Bir cüt ala göz görəndə
Qara xallı üz görəndə
Səni gördüm, ay sevgilim

Bir mehriban üz görəndə
Bir cüt ala göz görəndə
Qara xallı üz görəndə
Səni gördüm, ay sevgilim

[Bənd 2]
Bahar xalı toxuyanda
Quşlar nəğmə oxuyanda
İldırımlar şığıyanda
Səni gördüm, ay sevgilim
Ya özümdən küsəndə mən
Ya fikirli gəzəndə mən
Gözəllərin gözündə mən
Səni gördüm, ay sevgilim

[Nəqərat]
Bir mehriban üz görəndə
Bir cüt ala göz görəndə
Qara xallı üz görəndə
Səni gördüm, ay sevgilim

Bir mehriban üz görəndə
Bir cüt ala göz görəndə
Qara xallı üz görəndə
Səni gördüm, ay sevgilim

[Keçid]
Saz dinlədim, tara baxdım
Gül iylədim, qara baxdım
Hara getdim, hara baxdım
Səni gördüm, ay sevgilim

[Nəqərat]
Bir mehriban üz görəndə
Bir cüt ala göz görəndə
Qara xallı üz görəndə
Səni gördüm, ay sevgilim
Bir mehriban üz görəndə
Bir cüt ala göz görəndə
Qara xallı üz görəndə
Səni gördüm, ay sevgilim