Yaqub Zurufçu
Açıl, Səhər
[Bənd 1]
Açıl, səhər, oyan, günəş
Açıl bu son nəfəsdə
Bu qaranlıq qəfəsdə
Sən ilə mən tapım yeni həyat

Şəfəqlərim saçılsın, çiçəklərim açılsın
Bu ellərə bağışlasın həyat

[Keçid]
Mən yanmasam gər
Sən yanmasan gər
Biz yanmasaq
Hansı alovlar işıq salar bu yollara?

Mən sübh açılarkən
Getməliyəm tufanlardan
Əl üzüb candan
Bu ellərdən, insanlardan
Mən yanmasam gər
Sən yanmasan, biz yanmasaq
Hansı alovlar işıq salar bu yollara?

Günəş doğar, gülər həyat
Çiçəklənər bu kainat
Günəş doğar, gülər həyat
Çiçəklənər bu kainat
Çiçəklənər bu kainat
[Bənd 2]
Açıl, səhər, oyan, günəş
Açıl bu son nəfəsdə
Bu qaranlıq qəfəsdə
Sən ilə mən tapım yeni həyat

Şəfəqlərim saçılsın, çiçəklərim açılsın
Bu ellərə bağışlasın həyat

Sil gözün yaşın
Gül ellər ilə birlikdə
Azad ol bu dirilikdə
Şadlıq yağdır qəmgin elimə

Sil gözün yaşın
Gül bir, şən bahar gülsün
Hər bir laləzar gülsün
Həyat versin, solmuş elimə