Yaqub Zurufçu
Səndən Mənə Yar Olmaz
[Bənd 1]
Səndən mənə yar olmaz
Əhdə vəfadar olmaz
Min il bahar olarsa
Bülbülsüz güllər açmaz

[Nəqərat]
Dindirmişəm, al sazını
Qışa döndərmə yazımı
Çalıb dillətmə sazını
Yaralıyam, yar, yar

Dindirmişəm, al sazını
Qışa döndərmə yazımı
Çalıb dillətmə sazını
Yaralıyam, yar

[Bənd 2]
Hər ağacda bar olmaz
Heyva olmaz, nar olmaz
Əgər küsülmüsən, yar
Al qələmi dərdin yaz

[Nəqərat]
Sən yaz dərdin, mən də yazım
Sən söylə də, mən də yazım
Yaz maralım, iki gözüm
Yaralıyam, yar, yar
Sən yaz dərdin, mən də yazım
Sən söylə də, mən də yazım
Yaz maralım, iki gözüm
Yaralıyam, yar

[Bənd 3]
Səndən mənə yar olmaz
Əhdə vəfadar olmaz
Min il bahar olarsa
Bülbülsüz güllər açmaz

[Nəqərat]
Dindirmişəm, al sazını
Qışa döndərmə yazımı
Çalıb dillətmə sazını
Yaralıyam, yar, yar

Dindirmişəm, al sazını
Qışa döndərmə yazımı
Çalıb dillətmə sazını
Yaralıyam, yar, yar