Yaqub Zurufçu
Sevgili Canan
[Bənd 1]
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə nəvaziş
Gəl eylə nəvaziş, mənə ver busə ləbindən
Çünki gözəlin busəsidir aşiqə ehsan
Çünki...
Gözəlin busəsidir aşiqə ehsan
Sordum ki, "könül haradadır?" aldım bu cavabı
"Heç sorma, tapılmaz onu axtarsa da insan"
Rəhm eylə, dedim, gəl
Rəhm eylə, dedim, sel kimi göz yaşımı tökdüm
Gəl, qanım ilə oynama, ey afəti-dövran!
İnsafın əgər var
İnsafın əgər varsa, açıq de, bu Nizami
Sənlə necə rəftar eləsin, ey mahi-taban?
Sənlə...
Necə rəftar eləsin, ey mahi-taban?
Gəl
Sevgili canan